Prometey (təşkilat)
Prometey — Avropada 1926-cı ildən 1939-cu ilə qədər fəaliyyət göstərən siyasi təşkilat.
Parisdə 1920-ci illərdə mühacirlərlə əlaqəli ciddi işlər aparılırdı. Mühacirlərə dəstək planının genişlənməsi üçün 1926-cı ildə keçmiş Çar Rusiyası xalqlarının liderləri beynəlxalq təşkilat kimi fəaliyyət göstərən "Prometey" klubunu yaratdılar. Bu hərəkatın genişlənməsi üçün 1926-cı ildə fransız dilində "Prometey" jurnalı nəşr edilməyə başladı. Jurnalın redaksiya heyəti və daimi müəllifləri tərkibinə Qafqazın, Türküstanın və Ukraynanın aşağıdakı görkəmli xadimləri daxil oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, Mustafa Çokayoğlu, Mir Yaqub Mehdiyev və digərləri.
Parisdə çap edilən "Prometey" jurnalında isə Məhəmməd Əmin Rəsulzadənin aşağıdakı maraqlı məqalələri çap edilmişdi: 1) “Azərbaycan Respublikası”, 1926, N1, səh. 25-31; 2) “Bolşeviklərin Şərq siyasəti”, 1928, N20, səh. 10-14; N21, səh. 6-11; 3) “Qafqaz Birliyi”, 1929, N36, səh. 5-7; 4) “Milli Azərbaycan hərəkatının xarakteri”, 1930, N42, səh.